Prokurorluqda “Elektron Cinayət” İnformasiya Proqramının təqdimatı olub
Qurumun mətbuat xidmətinin məlumatına görə, tədbiri açan baş prokurorun birinci müavini Rüstəm Usubov “Elektron Cinayət” İnformasiya Proqramının Azərbaycan Prokurorluğu orqanlarının həyatında xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, prezident İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrinin informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə müasir dövrün yüksək tələbləri səviyyəsində qurulmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Son illərdə prokurorluq orqanlarında həyata keçirilən islahatlar nəticəsində Baş Prokurorluqda informasiya texnologiyalarının tətbiqini həyata keçirəcək qurum yaradılıb, “Elektron Sənəd Dövriyyəsi” Proqramı hazırlanaraq tətbiqinə başlanılıb.
Baş Prokurorluğun idarə və şöbələri üçün xüsusi proqramların yazılması prosesinin həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
R.Usubov vurğulayıb ki, bu gün təqdimatı keçirilən “Elektron Cinayət” İnformasiya Proqramı prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi prosesinin davamı olmaqla, Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən hazırlanıb. Proqramın hazırlanması məqsədilə baş prokuror Zakir Qaralovun 2011-ci il 19 avqust tarixli sərəncamına əsasən müvafiq komissiya yaradılıb. Hazırlanmış proqram cinayət haqqında məlumatın daxil olduğu andan cinayət işinin məhkəməyə göndərilən günədək aparılmış prosessual hərəkətləri, o cümlədən cinayət prosesinin məhkəmə mərhələsini və müvafiq prosessual hərəkətləri özündə əks etdirir. Proqramın prokurorluğun bütün struktur qurumlarında tətbiqi nəzərdə tutulub.
Hüquqi təminat və informasiya idarəsi informasiya texnologiyalarının tətbiqi xidmətinin baş mütəxəssisi Xalid Baxşəliyev “Elektron Cinayət” İnformasiya Proqramının mahiyyəti, işləmə mexanizmi, ümumiləşmələrin aparılması zamanı üstünlükləri və digər məsələlərlə bağlı iştirakçılara ətraflı məlumat verib, maraqlananların suallarını cavablandırıb.

Oxşar yazılar

“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07