Riçard Morninqstar “Müsəlmanların məsumiyyəti” filminə münasibət bildirdi
“ABŞ-ın çox zəngin və uzun tolerantlıq tarixi var. Hər bir şəxsin öz dini ibadəti ilə məşğul olması Konstitusiyada da əksini tapıb. Bu fakt ABŞ Konstitusiyasında ən vacib elementlərdən biridir. Bu film iyrənc və mənfurdur. Prezident Obama da bu filmi mənim kimi qiymətləndirib”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Müsəlmanların məsumiyyəti” filminə etiraz olaraq ABŞ səfirlikləri qarşısında keçirilən aksiyalara münasibət bildirərkən deyib.
Səfir bəyan edib ki, ABŞ hökumətinin bu filmlə hər hansı bağlılığı yoxdur: “Lakin bu film nə qədər iyrənc və mənfur olsa da, fikrimcə, burada heç bir məqam zorakılığa haqq qazandıra bilməz. Liviyada insanlar bu filmə görə həyatlarını itiriblər. Bunun özü də faciəli haldır. Bir daha bəyan edirəm ki, zorakılığa heç kəs bəraət qazandıra bilməz”.

953