Qəmər adaları Azərbaycandan dəstək istədi - FOTO
26 sentyabr 2012 18:28 (UTC +04:00)

Qəmər adaları Azərbaycandan dəstək istədi - FOTO

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Qəmər adalarının xarici işlər naziri Ahmed Ben Said Jaffare ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ahmed Ben Said Jaffare aramsız yağan leysan yağışların adanın iqtisadiyyatına mənfi təsir göstərdiyini, kənd təsərrüfatına və infrastruktura ciddi ziyan vurduğunu bildirib.


Ahmed Ben Said Jaffare Azərbaycan şirkətlərinin Qəmər adalarında infrastruktur layihələrinin həyata keçirilməsində iştirak etməsi imkanlarının nəzərdən keçirilməsini xahiş edib. Elmar Məmmədyarov isə İslam Əməkdaşlıq Təşkilatının Qəmər adalarındakı vəziyyətlə bağlı üzv dövlətlərə müraciət etdiyini xatırladaraq Azərbaycanın dəstək verməyə hazır olduğunu söyləyib. O, eyni zamanda Qəmər adalarından olan tələbə və gənc diplomatların təhsil almaları üçün Azərbaycan Diplomatik Akademiyasında imkanların mövcud olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1174

Oxşar yazılar