Macarıstandan Ermənistana nota
Macarıstan Xarici İşlər Nazirliyi iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunması ilə bağlı Ermənistan XİN-ə nota göndərib. APA-nın Macarıstan XİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, notada rəsmi Budapeştin birtərəfli qaydada dayandırılmış diplomatik münasibətlərin bərpasında maraqlı olduğu ifadə edilib.
Xatırladaq ki, azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfvindən sonra Ermənistan Macarıstanla diplomatik münasibətləri dayandırdığını elan edib.
Xatırladaq ki, azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfvindən sonra Ermənistan Macarıstanla diplomatik münasibətləri dayandırdığını elan edib.
2168