Dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılış qaydası dəyişdi
Nazirlər Kabineti 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarı ilə təsdiq edilmiş “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası”nda dəyişikliklər edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliklərə görə dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirləri qanunvericiliklə müəyyən edilmiş əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən həyata keçiriləcək və həmin orqanlar bu Qaydaya uyğun olaraq, idarədaxili müvafiq qaydalarını təsdiq edəcək.
Yoxlama tədbirlərinin həcmi buraxılışı rəsmiləşdirilən şəxsin işləməyə buraxılacağı məlumatların məxfilik dərəcəsindən asılıdır. Yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası yoxlama tədbirlərini keçirən müvafiq orqanlar tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir. Dəyişiklik təhlükəsizlik orqanlarının bu sahədə səlahiyyətlərinin ləğvini nəzərdə tutur.

1494