Tuvalu Azərbaycanla əməkdaşlıq etmək istəyir
26 sentyabr 2012 15:00 (UTC +04:00)

Tuvalu Azərbaycanla əməkdaşlıq etmək istəyir

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sakit okeanda yerləşən Tuvalu ada dövlətinin xarici işlər, ətraf mühit, ticarət, əmək və turizm naziri Apisai Ielemia ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında turizm və kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaradılması imkanları müzakirə edilib.

Apisai lelemia bu sahələrə Azərbaycan tərəfindən investisiya yatırılması imkanlarının nəzərdən keçirilməsini xahiş edib. Elmar Məmmədyarov Tuvaludan olan tələbələrin, gənc diplomatların Azərbaycan Diplomatik Akademiyada təhsil almaq imkanlarının mövcud olduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar