Siyavuş Novruzov: “Məhkəməyə müraciət etsinlər...”
Bunu Lent.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib.
Qeyd edək ki, hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Strasburqda olan rektoru Elşad Abdullayev millət vəkili Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Telman qızı Babayeva ilə bağlı video material yayıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan Sevinc Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib. Video görüntünün harada və nə vaxt çəkilməsi barədə məlumat verilmir. Elşad Abdullayev görüntüləri məhz indi açıqlamasının səbəbinə də aydınlıq gətirməyib.
Siyavuş Novruzov bildirib ki, tərəflər bu məsələyə məhkəmədə aydınlıq gətirə bilərlər: “Düzdür, Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının üzvüdür. Ancaq bu məsələnin Yeni Azərbaycan Partiyasına dəxli yoxdur. Bu, iki nəfərin arasında baş verən məsələdir, məhkəməyə müraciət edib aydınlıq gətirsinlər”.
Siyavuş Novruzov internetdə həmin videoya baxıb-baxmaması, videonun həqiqiliyinə inanıb-inanmaması barədə sualı isə cavablandırmayıb: “Mənim o videoya baxıb-baxmamağımın məsələyə dəxli yoxdur. Məhkəməyə müraciət etsinlər, buna aydınlıq gətirsinlər”.

2043