Yunanıstan xarici işlər naziri Azərbaycan iqtisadiyyatını təriflədi
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Yunanıstanın xarici işlər naziri Dimitris Avramopoulos ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov görüşdə ölkəmizdə aparılan iqtisadi islahatlardan, milli iqtisadiyyatın şaxələndirliməsi siyasəti sayəsində əldə edilən uğurlardan söz açıb.
Elmar Məmmədyarov Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hər iki ölkənin iqtisadi missiyalarının qarşılıqlı səfərlərinin artırılması imkanlarının araşdırılmasını vacib sayıb.
Dimitris Avramopoulos isə Yunanıstanın Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında, xüsusən də enerji və turizm sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləyib. O, Azərbaycanın güclü və şaxələnmiş iqtisadiyyata malik olduğunu və bu səbəbdən də iqtisadi böhrandan demək olar ki, ziyan görmədiyini xüsusi vurğulayıb. Yunanıstan xarici işlər naziri ölkəsinin də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

650