20 yaşlı VHP
26 sentyabr 2012 12:35 (UTC +04:00)

20 yaşlı VHP

0
Lent.az-ın məlumatına görə, partiya ilk qurultayını 1992-ci il sentyabrın 26-da keçirib.

VHP 20 ildir Milli Birlik və Vətəndaş Həmrəyliyi ideyasını ölkənin yeganə nicat yolu kimi təbliğ edir. Partiya 1995, 2000, 2005 və 2010-cu illər parlament və bütün bələdiyyə seçkilərində iştirak etmiş, bütün çağırışlarda Milli Məclisdə təmsil olunub. Hazırda Milli Məclisdə 3 deputatı, müxtəlif bələdiyyələrdə isə 115 bələdiyyə üzvü var. 2003-cü ildə partiyanın sədri S. Rüstəmxanlı Azərbaycan Respublikası Prezidentliyinə namizədlərdən biri olub. VHP bu günə kimi özünün 5 qurultayını keçirib. Hazırda partiyanın respublikanın 80 rayonunda yerli rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Partiya 26 mindən çox üzvü olduğunu bəyan edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 894

Oxşar yazılar