Bir neçə ölkəyə səfir və daimi nümayəndələrimiz təyin olundu
APA-nın məlumatına görə, prezidentin digər bir sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın Niderland Krallığında səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. O, digər sərəncamla Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı təyin olunub. Dövlət başçısı həmçinin Azərbaycanın Niderland Krallığında yeni fövqəladə və səlahiyyətli səfirinin təyin olunması haqqında sərəncam imzalayıb. Bu ölkədə səfir postuna Mirhəmzə Nazim oğlu Əfəndiyev təyin olunub.
2004