Yavər Camalov İsrail səfirini qəbul edib
25 sentyabr 2012 12:10 (UTC +04:00)

Yavər Camalov İsrail səfirini qəbul edib

Sentyabrın 25-də müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, səfiri salamlayan nazir Yavər Camalov ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə geniş məlumat verib.

Rafael Harpaz səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar