Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə dair danışıqlar davam edir
“Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar davam edir. Artıq bir neçə raund arxada qalıb, danışıqların növbəti raundu yaxın həftələr ərzində planlaşdırılır. Ümumilikdə proses yaxşı inkişaf edir, tərəqqi müşahidə olunur”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia verib.
Onun sözlərinə görə, son vaxtlar AB rəsmiləri Azərbaycana bir sıra mühüm səfərlər ediblər, bundan başqa AB nümayəndələri noyabrda Bakıda keçiriləcək “İGF 2012” internet idarəetməsi forumuna qatılacaqlar.

671