Azərbaycan prezidenti Bolqarıstan səfirinin etimadnaməsini qəbul edib
24 sentyabr 2012 23:03 (UTC +04:00)

Azərbaycan prezidenti Bolqarıstan səfirinin etimadnaməsini qəbul edib

APA-nın verdiyi xəbərə görə, söhbət zamanı səfir Maya Xristova Bolqarıstanın prezidenti Rosen Plevnelievin və baş nazir Boyko Borisovun salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu deyib. Xanım Maya Xristova Bolqarıstan prezidenti adından Azərbaycan prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin enerji, infrastruktur və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Dövlət başçısı prezident Rosen Plevnelievin və baş nazir Boyko Borisovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Bolqarıstanın prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar