Lənkəranda  da «Türkiyə həftəsi» keçirilib
24 sentyabr 2012 21:48 (UTC +04:00)

Lənkəranda da «Türkiyə həftəsi» keçirilib

AzərTAc-ın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti (LDU) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Türkiyə və Azərbaycan respublikalarının dövlət himnləri səslənib.

Konfransda çıxış edən LDU-nun rektoru, professor Asəf İsgəndərov rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verərərək deyib ki, başçılıq etdiyi təhsil ocağı Türkiyənin Ankara, Fateh, Çukurova və İzmir şəhərlərindəki universitetlərlə,eləcə də Azərbaycanın Qafqaz Universiteti ilə sıx əməkdaşlıq edir.

LDU-nun müəllim və tələbələrinin Türkiyənin ali məktəblərində təcrübə mübadiləsində olduqları da vurğulanıb.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Türkiyə üzrə əlaqələndiricisi Cavid Vəliyev, Türkiyə Böyük Millət Məclisinin deputatı Tülay Salamoğlu, Milli Məclisin deputatı Fazil Mustafa, Uludağ Universitetinin müəllimi Ferhat Pirinçi, türkiyəli ekspert Ufuq Ulutaş, Türkiyənin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Kamer Kasım, LDU-nun müəllimləri Yədulla Ağazadə və Rakif İbadov mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda Türkiyə-Azərbaycan dostluq əlaqələrindən, bu əlaqələrin tarixi, ictimai-siyasi kökləri barədə ətraflı söhbət açılmış, iki ölkə arasında elm, təhsil, mədəniyyət, sosial-iqtisadi əlaqələrə dair geniş müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043

Oxşar yazılar