İsa Qəmbər və Əli Kərimli Avropa Yaşıllar Partiyasının baş katibi ilə görüşüblər
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli Avropa Yaşıllar Partiyasının nümayəndə heyəti ilə görüşüblər. Lent.az-ın məlumatına görə, Müsavat Partiyasının qərargahında baş tutan görüşdə nümayəndə heyətinin tərkibində Avropa Yaşıllar Partiyasının baş katibi Jaklin Kremers, Almaniya Yaşıllar Partiyasının büro rəhbəri Mixael Şarfşverdt və Macarıstan Təbiəti Mühafizə təşkilatının rəhbəri Erzebet Şmuk təmsil olunublar.
Görüşdə Azərbaycanda siyasi, sosial, iqtisadi və ekologiya sahələrində vəziyyət barədə danışılıb.
Ölkəmizin Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb və təşkilatlar arasında əlaqələrin gücləndirilməsi məqsədəuyğun hesab edilib.

1569