Azərbaycan prezidenti Rusiyanın Volqoqrad vilayətinin qubernatorunu qəbul edib
24 sentyabr 2012 17:57 (UTC +04:00)

Azərbaycan prezidenti Rusiyanın Volqoqrad vilayətinin qubernatorunu qəbul edib

Prezident İlham Əliyev sentyabrın 24-də Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı S.Bojenovu Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib, ölkəmizlə Rusiyanın ayrı-ayrı subyektlərinin, o cümlədən Volqoqrad vilayətinin əlaqələrinin bu münasibətlərin inkişafındakı rolunu qeyd edib.

Həştərxan vilayətinin qubernatoru olduğu illəri məmnunluqla xatırlayan Bojenov Həştərxanın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. Azərbaycanla Volqoqrad arasında əməkdaşlığa toxunan S. Bojenov vaxtilə Heydər Əliyevin Volqoqrada gəlişinin vilayətin əhalisi tərəfindən bu günədək böyük hörmətlə xatırlandığını deyib. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı Xıdır Mustafayevin Volqoqradın alman faşizmindən müdafiə olunmasında göstərdikləri qəhrəmanlığın da böyük hörmətlə yad edildiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar