Gənc ailələrə şad xəbər
24 sentyabr 2012 17:07 (UTC +04:00)

Gənc ailələrə şad xəbər

“Milli Məclisdə “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanır”. Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

H. Rəcəbli deyib ki, belə bir məsələ ilə əlaqədar mütəmadi olaraq həm millət vəkilləri, həm də vətəndaş cəmiyyəti təsisatları tərəfindən təkliflər səslənir. Onun sözlərinə görə, parlamentin Sosial siyasət komitəsi bu təklifləri nəzərə alaraq yeni qanun layihəsi üzərində işləyir: “Ailə cəmiyyətin əsasını təşkil edir. Xüsusilə yeni nikaha girən gənc ailələrin bünövrəsi möhkəm təməllər üzərində qurulmalıdır. Bunun üçün bir sıra amillərlə yanaşı gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi də vacib şərtlərdən biridir. Bu mənada sözügedən məsələnin həlli zəruridir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2089

Oxşar yazılar