Bahar Muradova: “Hər şeyi sıfırdan başlamaq məsələni daha da uzada bilər...”
“Bu bir reallıqdır ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyə qədər istifadə olunan mexanizmlər təsirsiz qalıb, ona görə də münaqişənin həlli hələ də uzanır”.
Lent.az-ın verdiyi məlumata görə, Milli Məclis sədrinin müavini Bahar Muradova bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında söyləyib.
Bahar Muradova deyib ki, problemin uzanması bu yöndə ən müxtəlif fikirlərin və təkliflərin gündəmə gəlməsinə səbəb olur, həmin təklifləri müzakirə etmək olar: “Amma hesab edirəm ki, Azərbaycanın münaqişənin digər beynəlxalq təşkilatların müstəvisində həllinə çalışması ATƏT-in Minsk Qrupunun mövcudluğuna maneçilik törətmir. Yəni Azərbaycan tərəfi bu prosesi paralel şəkildə apara bilər. Ölkəmiz sülh danışıqlarına sadiqliyini hər zaman bəyan edib və bunu əməlində də göstərərək digər beynəlxalq təşkilatların da Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməsinin zəruriliyini vurğulayıb. Biz bu problemi BMT və digər qurumlarda da qaldırmışıq. Hazırda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT Baş Assambleyasının gündəliyində iki məsələ var və onların müzakirəsi gözlənilir. Yəni bütün istiqamətlərdə səylərimizi davam etdirməliyik. Həmsədrlərin fəaliyyətinin bizi qane etmədiyini dəfələrlə bəyan etmişik. Hesab edirəm ki, konkret siyasi iradə olarsa, bu format çərçivəsində də münaqişənin həllinə nail olmaq mümkündür. Amma hər şeyi sıfırdan başlamaq məsələni daha da uzada bilər”.

863