“Keçmiş”lərin adamı Pənah Hüseyn: “Mən belə düşünürəm...” - MÜSAHİBƏ
Müsavat Partiyası və AXCP-nin Yeni Azərbaycan Partiyası ilə birlikdə “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədlə bağlı müraciətə imza atmaları İctimai Palatada münasibətlərə kölgə saldı. İctimai Palatanın Koordinasiya Şurası öncə 17 üzvündən 11-nin iştirakı ilə iclas keçirdi, 3 nəfər əleyhinə, 8 nəfər lehinə olmaqla İctimai Palatanın Müsavat Partiyası və AXCP-nin həmin müraciətə imza atmasını dəstəklədiyini bəyan etdi. Buna qarşı çıxanlardan biri də sabiq millət vəkili Pənah Hüseyn olub və İctimai Palata iki partiyanın addımının dəstəklənməsi barədə qərar qəbul etdikdən sonra istefa verəcəyini bəyan edib. Lakin heç iki gün keçmədi ki, İctimai Palatanın Koordinasiya Şurası yenidən toplandı. İstefa verdiyini bəyan edən Pənah Hüseynin də iştirak etdiyi son toplantıda isə İctimai Palatanın Koordinasiya Şurası tamam fərqli qərar verdi, partiyaların qərarına görə İctimai Palatanın məsuliyyət daşımadığını bəyan etdi. İctimai Palatanın özünü təkzib edən bu qərarı və istefa vermiş Pənah Hüseynin necə Koordinasiya Şurasının son toplantısında iştirak etməsinə, hələ də Koordinasiya Şurasının üzvü kimi qalıb-qalmadığına aydınlıq gətirmək üçün Pənah Hüseynlə danışdıq. Pənah Hüseyn danışdı demək mümkündürsə. Keçmiş baş nazir, keçmiş dövlət katibi, keçmiş partiya sədri, keçmiş millət vəkili... media nümayəndəsinə belə hörmətsiz davranmağın cavabını bilməmiş deyil. Hər halda, bu da bir cür Pənah Hüseyndi, buyurun, oxuyun....
- Pənah bəy, İctimai Palatada nə baş verir?
- İctimai Palataya sədrlik edən şəxslər tərəfindən verilmiş kommünikeyə əlavəm yoxdur. Nə baş veribsə, mətbuata deyilib.
- Siz İctimai Palatanın Koordinasiya Şurasından çıxmısınız?
- Lent.az bütün KİV-lərdə getmiş sualın cavabını bilmirsə, bir az oxucuları üçün yaxşı deyil.
- Biz bu sualın cavabını və nə üçün Koordinasiya Şurasından çıxmadığınızın səbəbini sizdən eşitmək istəyirik.
- Koordinasiya Şurasından nə çıxmışdım, nə də geri qayıtmışam.
- Siz Koordinasiya Şurasının öncəki iclasında istefa vermək niyyətinizi bəyan etmişdiniz. Bəs niyə sona qədər qərarlı olmadınız?
- İcazə verin, bu məsələnin nə üçün belə olmaması barədə cavablarını özüm üçün saxlayım.
- İctimai Palatanın Koordinasiya Şurasında Müsavat və AXCP-nin YAP-la birgə sənədə imza atmasına etirazınızı bildirmisiniz.
- Mənim mövqeyim İctimai Palatanın Koordinasiya Şurasının 21 sentyabr tarixli qərarı ilə üst-üstə düşür.
- Bəs niyə Koordinasiya Şurasının öncəki iclasında istefa vermək niyyətinə düşmüşdünüz?
- Bir daha təkrar edirəm ki, mənim mövqeyim İctimai Palatanın Koordinasiya Şurasının 21 sentyabr tarixli qərarı ilə üst-üstə düşür.
- Ümumiyyətlə, sizin iqtidar-müxalifət dialoquna münasibətiniz necədir?
- Mənim bu məsələdə mövqeyim İctimai Palatanın Azərbaycanda demokratiyaya keçidin yol xəritəsində ifadə olunmuş müddəalarla üst-üstə düşür. Orada da iqtidar və müxalifət arasında dialoq vasitəsi ilə ölkədə köklü demokratik dəyişikliklər istiqamətində addımlar atılması əsas götürülür. Bunun üçün də İctimai Palata tərəfindən konkret islahatlar paketini əks etdirən platforma ifadə olunub. Mənim də mövqeyim bundan ibarətdir.
- Qarşıdan prezident seçkiləri gəlir. Müxalifətin bu seçkilərə necə hazırlaşdığı qənaətindəsiniz? Vahid namizəd məsələsi ilə bağlı fikirləriniz necədir?
- Mənimi olduğum müxalifət düşərgəsində vahid namizəd məsələsi adlı problem mövcud deyil. Prezident seçkilərinə hazırlaşmaq isə əsasən demokratik seçki mühitinin yaradılması istiqamətində başa düşülür. Demokratik seçki mühiti olmayacaqsa, seçkilərin legitimliyi və ümumiyyətlə, bunun seçki kimi qəbul olunması da olmayacaq.
- Bir az qaranlıq cavab oldu. Deyirsiniz ki, vahid namizəd məsələsi ilə bağlı problem yoxdur, ancaq mətbuatda İsa Qəmbər danışır, AXCP yetkililəri sərt formada bu məsələni qabardırlar...
- Mən belə düşünürəm.
- Axı belə bir problem olduğu halda siz onun olmadığını söyləyirsiniz.
- Siz soruşdunuz, mən də ona cavab verdim.
- AXP sədrliyinə qayıdacağınız barədə xəbərlər nə dərəcədə əsaslıdır?
- Sizin sualınız konkret “Yeni Müsavat” qəzetində getmiş informasiyaya əsaslanırsa, mənim bununla bağlı cavabım “Yeni Müsavat” qəzetinin dünənki sayında dərc olunub. Əlavəm yoxdur.
- Biz bu cavabı Yeni Müsavat qəzetindən götürüb verəsi olsaydıq, verərdik. Görürsünüz ki, sizə birbaşa zəng açmışıq. Konkret bilmək istərdik ki, bu il AXP sədri olacaqsınızmı?
- Partiya sədrliyinə namizəd qurultayda irəli sürülür və seçilir.
- Belə deyək, namizədliyiniz irəli sürülsə, buna münasibətiniz necə olacaq?
- Bu barədə hələlik nə namizədliyin irəli sürülməsi var, nə də ona münasibət mövcud deyil.
- AXP-nin gələcəyini necə görürsünüz? Bir ara Müsavat Partiyası ilə birləşmə məsələsi də gündəmə gəlmişdi.
- Müsavat Partiyası ilə birləşmək ideyası mənə məlum deyil.
- Bəs Pənah Hüseyn siyasi arenada gələcək statusunu necə görür?
- İndi hansı statusdayamsa, o statusda da fəaliyyətimi davam etdirəcəm.
- Biz Pənah Hüseynin öz dilindən eşitmək istəyirik ki, hazırda Pənah Hüseynin siyasi arenada, müxalif düşərgədə statusu necədir?
- Hərəkatın sıravi bir əsgəriyəm və statusumdan da tam razıyam...
Ramiz Mikayıloğlu

1724