Prezident İlham Əliyev FİFA prezidentini qəbul edib
21 sentyabr 2012 18:29 (UTC +04:00)

Prezident İlham Əliyev FİFA prezidentini qəbul edib

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edilib, çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirilib.

Görüşdə, həmçinin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına yüksək dövlət qayğısının göstərildiyi vurğulanıb, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.
FİFA-nın prezidenti Yozef Blatter FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FİFA-nın vımpelini dövlət başçısına təqdim edib.
Sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adından FİFA-nın prezidenti Y.Blatterin şərəfinə nahar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823

Oxşar yazılar