Hikmət Çətin: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi...”
21 sentyabr 2012 17:40 (UTC +04:00)

Hikmət Çətin: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi...”

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin verib. Onun fikrincə, münaqişənin mövcudluğu Ermənistana daha çox təsir göstərir: “Münaqişə həllini taparsa, Ermənistanın dünyaya açılması da sürətlənər. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi bölgənin inkişafına kömək göstərəcək. Bu gün Qafqaz dünyanın ən önəmli regionlarındandır. Burada həllini tapmamış problemlər var və onların başında da Dağlıq Qarabağ münaqişəsi gəlir”.


Problemin həlli məsələsində başda Rusiya və ABŞ olmaqla aparıcı dövlətlərin aktivlik göstərməsinə ehtiyac duyulduğunu deyən H. Çətinin sözlərinə görə, bunun üçün BMT və ATƏT-in qərarları da mövcuddur: “Türkiyə də hər zaman olduğu kimi bu münaqişənin həlli istiqamətində öz səylərini davam etdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194

Oxşar yazılar