Azərbaycan XİN başçısı Bolqarıstan səfiri ilə görüşüb
0
0
Bu gün xarici işlər naziri Nazir Elmar Məmmədyarov Bolqarıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Maya Hristovanı qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Maya Hristovanı ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Xarici işlər naziri yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyini əmin olduğunu söyləyib. Görüşdə Azərbaycan və Bolqarıstan arasında münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edilmiş və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.
Maya Hristova Azərbaycana səfir təyin olunmağından məmnun olduğunu bildirib. O, ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusi ilə də enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.