Elmar Məmmədyarov Çinə təşəkkür edib
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Xalq Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri Li Jaoxinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ötən 20 il ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanmış və bu əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib.
Eyni zamanda Azərbaycan və Çin Xalq Respublikasının parlamentləri arasında təmasların mühüm əhəmiyyət kəsb etdiyi və bu kimi səfərlərin parlamentlərarası münasibətlərə töhfə verdiyi bildirilib. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlardan bəhs edib, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını zəruri sayıb. Xarici işlər naziri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyinə görə Çin tərəfinə öz təşəkkürünü də bildirib.
Li Jaoxinq ölkələrimiz arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluğunu dilə gətirib və bu əməkdaşlığın inkişafı üçün imkanların olduğunu söyləyib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsini və bu çərçivədə fəaliyyətini yüksək qiymətləndirib. Li Jaoxinq ölkəsinin bundan sonra da Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyəcəyini və bu dəstəyin beynəlxalq təşkilatlar çərçivəsində də göstəriləcəyini vurğulayıb.

767