İlham Rəhimliyə etiraz gəldi
Koordinasiya Şurasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İlham Rəhimov mətbuata müsahibəsində Ramil Səfərov ölkəyə gələndə xeyli ictimai xadimlər, hətta deputatların yığışıb onun evinə getməsinə toxunur və deyir ki, “Sual olunur, Ramil həbsdə olanda, anası rəhmətə gedəndə o adamlar zabitimizin evinə getmişdilərmi, atası ilə maraqlanmışdı?
Ramil Səfərovun hüquqlarını Müdafiə üzrə Koordinasiya Şurasının bir qrup üzvləri - millət vəkili Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Azay Quliyev və Umud Rəhimoğlu isə iş adamının bu fikirlərinə etirazlarını bildiriblər: “Bizə çox maraqlıdır ki, İlham Rəhimov bu ittihamedici sualla mətbuata niyə müraciət edir. Bəlkə insanlar Ramilə öz sevgisini bildirəndə ona hesabat verməli və ya ondan icazə almalı idi? İlham Rəhimov ən azı ictimaiyyət və millət vəkilləri haqqında belə məsuliyyətsiz fikir səsləndirməzdən öncə Ramil Səfərovdan, onun ailəsindən və ya atası Sahib Səfərovdan müəllimdən nə isə soruşa, sadəcə, 2 dəqiqə ərzində bütün cavabları ala bilərdi. Biz ondan fərqli olaraq etdiklərimiz haqqında səhifə-səhifə müsahibələr verməmişik və bunu ayıb hesab etmişik. Biz Müdafiə Şurasının üzvləri gördüyümüz işləri dilə gətirməyi insanlıqla uyğun olmayan bir şey hesab etmişik. Müdafiə Şurasının üzvləri müntəzəm olaraq Ramil Səfərovla və onun ailəsi ilə əlaqə saxlamış, onların ən çətin və ağır günlərində, ailə üzvlərinin yanında olmuş və mümkün olan hər cür dəstək heç zaman əsirgənməyib. Əgər İlham Rəhimov daha çox məlumat almaq istəsə, Koordinasiya Şurasının üzvlərinə müraciət edə bilər. Sadəcə, kiminsə etdiyi belə kiçik məsələlər haqqında danışmağı və ya başqalarına qarşı hörmətsizlik etməsi onun özünün hansı keyfiyyətə malik olmasının göstəricisidir”.
Ramil Səfərovun hüquqlarını Müdafiə üzrə Koordinasiya Şurasının üzvləri qeyd edilər ki, Ramil Səfərov həbsdən azad olunan zaman bütün ictimaiyyət onunla görüşmək arzusunda olub: “Görüşməyə gələn bir qrup ictimai xadimlər və millət vəkilləri Ramil həbsdə olduğu zaman yaranmış Koordinasiya Şurasının üzvləri idi. Onlar Ramilə həmin gün müqəddəs yerləri ziyarət etməkdə hörmət naminə yoldaşlıq edirdilər. Bu tərzdə ittihamedici suallarla mətbuatda çıxış etmək nə bir hüquqşünasa, nə də bir insana yaraşmaz. Bir də kiminsə kimə qarşı etdiyi hər hansı xeyirxah bir əməlini səsləndirməsi insan mədəniyyətinə və humanizm prinsiplərinə zidd olan bir şeydir. Ramil xalqımızın ləyaqətli və qeyrətli oğludur. Ona dəstəyi isə bütövlükdə xalq da öz sevgisi ilə bildirib. Əslində çox tanınmış və cəmiyyətdə kifayət qədər nüfuzları olan Müdafiə Şurasının üzvləri bu cür suallara, cavab vermək istəməzdi. Təəssüf ki, İlham Rəhimovun bir ziyalıya yaraşmayan tərzdə ittiham dolu manşetlərdə verilən sualları ictimaiyyətdə çaşqınlıq yaratmasın deyə, Müdafiə Şurasının üzvləri cavab vermək zərurətindən qaynaqlandı”.

1842