Əli Abbasov İsrail səfiri ilə görüşüb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Azərbaycanda səfir kimi fəaliyyət müddətində prioritet məqsədlərindən söz açan Rafael Harper ölkələr arasında İKT sahəsində intensiv əlaqələrin, o cümlədən əməkdaşlığın daha sıx zəmin üzərində qurulmasında maraqlı olduğunu söyləyib.
İsrailin telekommunikasiya sahəsində çalışan bəzi şirkətlərinin hazırda Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edən Rafael Harper noyabr ayında İsraildə keçiriləcək kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans və sərgiyə nazir Əli Abbasovun rəsmən dəvət olunduğunu xatırladıb. O qeyd edib ki, bu səfər çərçivəsində İKT üzrə infrastruktur layihələrlə, o cümlədən “Ağıllı şəhər”, kibertəhlükəsizlik kimi layihələrlə yaxından tanışlıq, İsrailin İKT sahəsində qabaqcıl şirkətlərinin rəhbərləri ilə görüş, eyni zamanda naziri müşayiət edəcək azərbaycanlı sahibkarlarla qarşılıqlı forumun keçirilməsi nəzərdə tutulur. Əli Abbasov öz növbəsində Azərbaycan-İsrail İKT münasibətlərinin inkişafını yüksək qiymətləndirərək İsrail şirkətlərinin İKT sektoruna yatırdıqları sərmayələrin iqtisadiyyatın inkişafında vacib rol oynayacağını bildirib və cari ilin noyabr ayında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna, həmçinin Bakutel sərgi-konfransına israilli həmkarının dəvət olunduğunu qeyd edib.

742