Misir Mərdanov İƏT baş katibinin müavini ilə görüşüb - FOTO
20 sentyabr 2012 18:43 (UTC +04:00)

Misir Mərdanov İƏT baş katibinin müavini ilə görüşüb - FOTO

Sentyabrın 20-də təhsil naziri Misir Mərdanov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) baş katibinin müavini Abdul Moiz Buxari ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən nazir, həmçinin İSESKO ilə səmərəli əməkdaşlığın təşəkkül tapdığını nəzərə çatdırıb.

İslam ölkələrinin mövcud əməkdaşlığının real potensiala cavab vermədiyini qeyd edən Misir Mərdanov birgə beynəlxalq konfrans və simpoziumların təşkilinin mümkünlüyü məsələsinə toxunub. Nazir bildirib ki, ali təhsil müəssisələri, elm adamları arasında əməkdaşlığın genişləndirilməsi sayəsində İƏT-ə üzv ölkələrdə elmi-texniki tərəqqini, universitetlərin nüfuzunun yüksəlməsini, elmi-intellektual potensialın inkişafını təmin etmək olar. Bu baxımdan İƏT-ə üzv ölkələrin ali məktəblərinin reytinq sıralamasının aparılması işinin təşkili məsələsinə toxunan təhsil naziri yalnız sağlam rəqabət mühitində dünya səviyyəli ali məktəblər yaratmağın mümkün olduğunu vurğulayıb.

İƏT-ə üzv olan zəif inkişaf etmiş ölkələrdən tələbələrin təqaüdlər hesabına daha inkişaf etmiş islam ölkələrində təhsil alması üçün atılan addımlardan söhbət açan Abdul Moiz Buxari bu baxımdan da Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700

Oxşar yazılar