Rauf Arifoğlu: “Qərarlarını adekvat hesab etmirəm”
0
0
“Mənim İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyündən istefa verməyim barədə yayılan xəbər həqiqəti əks etdirmir”.
Bunu Lent.az-a açıqlamasında Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu söyləyib.
Qeyd edək ki, dünən İctimai Palatanın Koordinasiyam Şurasının iclası keçirilib. İclasda Koordinasiya Şurasının 17 üzvündən 11 üzvü iştirak edib. Günorta saatlarında başlayan iclas axşam saatlarında bitib. İclasda Müsavat Partiyası və AXCP-nin keçən həftə Avropa Parlamentinin qətnaməsinə etirazla bağlı müraciətə Yeni Azərbaycan Partiyası (YAP) ilə birgə imza atmaları müzakirə mövzusu olub. Pənah Hüseyn, politoloq Zəfər Quliyev və Köçəri Nağıbəyli bu partiyaların hakim partiya ilə birgə müraciətə imza atmalarını düzgün saymayıb. Sonda bu məsələ səsverməyə qoyulub və 8 nəfər lehinə olmaqla qəbul edilib. Bundan sonra Pənah Hüseyn, politoloq Zəfər Quliyev və Köçəri Nağıbəyli Koordinasiya Şurasının üzvlüyündən istefa verdiklərini bəyan ediblər. İstefa verənlər arasında Rauf Arifoğlunun olduğu barədə də xəbər yayılmışdı.
Rauf Arifoğlu bildirib ki, İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyündən istefa vermək fikri yoxdur, hətta həmin iclasda istefa vermək istəyənləri qərarlarından çəkindirmək üçün israr edib: “Müsavat Partiyası və AXCP-nin Avropa Parlamentinin qətnaməsinə etirazla bağlı müraciətə imza atmaları ilə bağlı həmin şəxslərin İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyündən istefa vermələri barədə qərarlarını adekvat hesab etmirəm. Bu, Ramil Səfərovla bağlıdır, milli məsələdir. Keçmişə nəzər salsaq, Qarabağla bağlı bir sənədə də iqtidarla müxalifət birgə imza atıb. Mən bu istefaların qarşısını almağa çalışdım, təəssüf ki, müvəffəq ola bilmədim”.