Zəfər Quliyev İctimai Palatadakı istefalardan danışdı
Bunu Lent.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü, politoloq Zəfər Quliyev söyləyib.
Zəfər Quliyev deyib ki, onlar istefa vermək barədə qərarlarını elə iclasın sonunda elan ediblər. O, bu addımı atmalarının əsasında Müsavat Partiyası və AXCP-nin keçən həftə Avropa Parlamentinin qətnaməsinə etirazla bağlı müraciətə Yeni Azərbaycan Partiyası (YAP) ilə birgə imza atmalarını göstərib: “İclasda YAP-ın təşəbbüsü ilə siyasi partiyaların birgə Avropa Parlamentinin qətnaməsinə etiraz xarakterli müraciətə Müsavat və AXCP-nin qoşulmasını müzakirə edirdik. Bu məsələdə mövqelər üst-üstə düşmədi. Bizim Ramil Səfərovu müdafiə etməklə bağlı mövqeyimizdə fərq yox idi. Ancaq Avropa Parlamentinin həmin qətnaməsində Azərbaycanda insan hüquqları, demokratiya ilə bağlı məsələlər vardı. İnsan haqları və demokratiya məsələsində YAP-la İctimai Palatanın mövqeyi üst-üstdə düşə bilməz. Biz bu məsuliyyəti bölüşməklə İctimai Palataya zərbə vura bilərdik. Müsavat Partiyası və AXCP təmsilçiləri isə o müraciətə imza atmışdılar. İctimai Palatanın Koordinasiya Şurasında qərarlar əsasən konsensus yolu ilə həll olunur. Dünən ilk dəfə konsensus əldə olunmadı, məsələ səsverməyə çıxarıldı. 11 Koordinasiya Şurası üzvündən 8-i Müsavat və AXCP-nin addımını dəstəklədi. Lakin bizim mövqe fərqli idi. Hesab edirik ki, biz bu məsələni dəstəkləyə bilmərik. Ona görə də qərar qəbul olunandan sonra hər üçümüz istefa vermək barədə niyyətimizi elan etdik. İstefamızın qəbul olunub-olunmamasına gəlincə, mənzərənin aydınlaşması, götür-qoy edilməsi lazımdır. Biz istefa vermək niyyətimizi elan etmişik”.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Koordinasiya Şurasının üzvlüyündən istefa verdiyi xəbəri yayılıb. Zəfər Quliyev isə Rauf Arifoğlunun iclasda rəsmən istefa verdiyini elan etmədiyini bildirib: “Həm də Rauf Arifoğlu bu məsələdə Müsavat Partiyası və AXCP liderləri dəstəklədi, onun mövqeyi bizdən fərqli idi. Ancaq Rauf Arifoğlu Koordinasiya Şurasının parçalanmasından narahat idi”.

1565