Azərbaycan Kültür Dərnəyindən Nigar Yaqublu ilə bağlı müraciət gəldi
19 sentyabr 2012 17:11 (UTC +04:00)

Azərbaycan Kültür Dərnəyindən Nigar Yaqublu ilə bağlı müraciət gəldi

Azərbaycan Kültür Dərnəyindən Lent.az-a verilən məlumata görə, Nesrin Askeran Ünal təsadüfi qəzaların insan həyatında ən çətin imtahan olduğunu və bu şəxslərin yaşadıqları dövlətlərlə qanunlar çərçivəsində bu xətalarına görə məsuliyyət daşıdıqlarını bildirib.

Bununla belə, Nesrin Askeran Ünal hesab edir ki, Azərbaycanda bu günə qədər baş verən yol qəzaları zamanı görülən tədbirlərlə müqayisədə fərqli addımlar atılır. Nesrin Askeran Ünal qeyd edib ki, Ankarada Azərbaycan Kültür Dərnəyinin rəhbərliyi və Dərnəyin şöbələri Nigar Yaqublunun həbs edilməsini narahatlıqla izləməkdədir. Ədalətli qərar gözlədiklərini vurğulayan Nesrin Askeran Ünal daha sonra Nigar Yaqubluya xitabən bildirir ki, Azərbaycan Kültür Dərnəyinin üzvləri bu ağır günlərdə ona və ailəsinə dəstək verirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177

Oxşar yazılar