Pakistanda Mehriban Əliyeva adına qızlar məktəbi açılıb
Sentyabrın 18-də Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə tikilmiş və 2012-ci ildə yenidən əsaslı təmir olunmuş, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva adına qızlar məktəbinin açılış mərasimi keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərasimdə Pakistanın təhsil naziri Sadıq Dar, informasiya və yayım naziri Bazil Nakvi, fövqəladə hallar katibi Sərdar Rəhim Xan, millət vəkili Sədəf Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, eləcə də media nümayəndələri iştirak ediblər.
Məktəbin açılışından sonra tədbir iştirakçıları məktəbin ərazisi, sinif otaqları, kitabxanası, laboratoriyası ilə tanış olub, məmnunluq ifadə ediblər. Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanda və Pakistanda, həmçinin digər xarici ölkələrdə apardığı irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verib və bu məktəbin ərazisinin genişləndirilərək əsaslı təmir olunduğunu diqqətə çatdırıb. Səfir məktəbin 5 əlaçı şagirdinə Heydər Əliyev Fondu tərəfindən aylıq təqaüdlərin ayrıldığını da nəzərə çatdırıb.
Pakistanın təhsil naziri Sadiq Dar 2005-ci ildə baş vermiş zəlzələdən sonra Azərbaycanın Pakistana yardım edən ilk ölkələr sırasında olduğunu qeyd edib və təbii fəlakət zamanı dağılmış 150 nəfərlik məktəbin yerində 500 nəfərlik müasir məktəbin inşa olunduğunu söyləyib. Sadiq Dar görülən işlərə görə Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. O, Azərbaycanın birinci xanımının Pakistan xalqına və xüsusən də uşaqlara göstərdiyi qayğını yüksək dəyərləndirən Pakistanın rəsmi dövlət orqanları tərəfindən bu məktəbə məhz Mehriban Əliyevanın adının verilməsi barədə qərarı iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin sonunda hər bir şagirdə Heydər Əliyev Fondunun adından məktəb ləvazimatları ilə dolu çantalar, səfirlik tərəfindən İslamabadda dərc edilmiş kitablar və iki ədəd kompüter hədiyyə edilib.

1846