Müsavatçı gənclər Nigar Yaqublu ilə bağlı ATƏT-dən xahiş etdilər
19 sentyabr 2012 16:53 (UTC +04:00)

Müsavatçı gənclər Nigar Yaqublu ilə bağlı ATƏT-dən xahiş etdilər

Müsavat Gənclər Təşkilatından Lent.az-a verilən məlumata görə, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, müavinləri Əhəd Məmmədli və Rauf Məmmədli ATƏT-in Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deçlə görüşüblər.

Görüş zamanı Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun həbsi ilə bağlı müzakirə aparılıb. Tofiq Abbaslı Nigar Yaqublu və onun həbsinin detalları ilə bağlı ingiliscə hazırlanan məlumat bankını Nikolas Deçə təqdim edib. Onlar həbsin siyasi motivli olduğundan şübhələndiklərini də söyləyiblər. Tofiq Abbaslı ATƏT nümayəndəsindən Nigar Yaqublunun həbsinin tək bir gəncin həbsi kimi deyil, siyasi fəal gəncliyin gözünün qorxudulmasına hesablanan siyasi addım kimi qiymətləndirilməsini xahiş edib.

ATƏT nümayəndəsi bu məsələni diqqətdə saxlayacaqlarını və qurumun Bakı ofisinin rəhbərinə və mərkəzi qərargaha hadisə barədə ətraflı məlumat verəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1383

Oxşar yazılar