Rusiya Ermənistana yeni snayper tüfəngi satıb
Ermənistan bu il Rusiyadan “Orsis T-5000” adlı snayper tüfəngi satın alıb. Bu barədə Lent.az Rusiya KİV-lərinə istinadən məlumat verib.
Snayper tüfənginin istehsalçısı olan “Promtexnologiya” şirkətindən verilən məlumata görə, Ermənistan bu silahın ilk xarici alıcısıdır. Ötən il silahlanmaya qəbul olunmuş ORSİS T-5000 tüfəngi özündə silah sənayesinin ən son nailiyyətlərini cəmləşdirir.
Snayper tüfənginin çəkisi dolu halda 5,8 kq, uzunluğu 1270 mm təşkil edir. Bu silahdan 7,62x51 çaplı güllələrlə 800, 8,6x70 mm çaplı güllələrlə isə 1600 metr məsafədə hədəfləri dəqiq vurmaq mümkündür.
Ramiz

2852