Xarici ölkələrdəki səfirlərimizin müşavirəsi keçiriləcək
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin giriş nitqi söyləyəcəyi gözlənilir. Daha sonra xarici işlər naziri Elmar Məmmədyarov səfirlər qarşısında çıxış edəcək.
Müşavirə çərçivəsində “Qlobal siyasi tendensiyalar və onları regiona təsiri” mövzusunda panelin keçirilməsi nəzərdə tutulur. Paneldə ABŞ-da fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin, İslam Əməkdaşlığı Təşkilatının baş katibinin müavini Əbdülmuiz Buxari çıxış edəcəklər. Tədbir Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksində keçiriləcək.

778