Kəmaləddin Heydərov AEBA-nın baş direktoru ilə görüşüb –
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının Vyanada keçirilən 56-cı sessiyasında çərçivəsində bəzi ikitərəfli görüşlər keçirib. APA-nın “AzərTac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinin BMT-nin Vyana ofisinin başçısı, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin direktoru Yuri Fedotovla görüşü olub. Görüşdə Azərbaycanla beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.
K. Heydərovun AEBA-nın baş direktoru Yukiya Amano ilə ikitərəfli görüşü olub. Görüşdə Azərbaycanın AEBA-nın Hadisə və Fövqəladə Böhran Vəziyyətləri üzrə Mərkəzinə qoşulması, respublika ərazisinin radiasiya fonu xəritəsinin tərtib edilməsi, ölkənin kadr potensialının inkişafı, Texniki Əməkdaşlıq Proqramı çərçivəsində layihələrin reallaşdırılması və əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Y. Amano Azərbaycana səfərə dəvət olunub.
Sessiya çərçivəsində həmçinin nazir Kəmaləddin Heydərov Türkiyə Atom Enerjisi Qurumunun (TAEK) rəhbəri Zafer Alperlə də görüşüb. Görüşdə Azərbaycan FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə TAEK arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Sessiya çərçivəsində Azərbaycanın AEBA-ya üzv qəbul olunmasının 10 illiyi münasibətilə BMT-nin Vyana ofisində rəsmi ziyafət verilib. Ziyafətdə AEBA-ya üzv ölkələrin daimi nümayəndələri, BMT rəsmiləri, AEBA katibliyinin təmsilçiləri və diplomatlar iştirak ediblər. Qonaqlara Azərbaycanın beynəlxalq təşkilatla əməkdaşlığının 10 illiyi münasibətilə hazırlanmış xüsusi bukletlər təqdim olunub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, AEBA yanında daimi nümayəndəliyin, Dövlət Gömrük Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları daxildir.

Oxşar yazılar

İlham Əliyev Macarıstana getdi
20 may 2025 , 14:10
Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videolar nümayiş olundu
19 may 2025 , 21:19
Məhkəmədə Ter-Petrosyanın videosu nümayiş etdirildi
19 may 2025 , 15:12
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
19 may 2025 , 14:28
ABŞ Suriya prezidentini məhv etməyi planlaşdırıb - İDDİA
18 may 2025 , 19:50
Ölüm, casusluq və intim FOTOLAR: İsveç Xarici İşlər Nazirliyindəki qalmaqalın qaranlıq TƏFƏRRÜATLARI
18 may 2025 , 14:05
Ədalət partiyasının yeni sədri seçildi
17 may 2025 , 15:53