Kəmaləddin Heydərov AEBA-nın sessiyasında iştirak edib
Bu il sentyabrın 17-18-də Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub.
APA-nın xəbərinə görə, nazir qərargahı Vyanada yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 56-cı sessiyasında iştirak edib. Konfrans çərçivəsində bir sıra görüşlər də keçirilib.
Səfər çərçivəsində K. Heydərov Avstriya Federal Daxili İşlər Nazirliyinin tərkibində yerləşən Əməliyyat və Böhran Koordinasiyası Mərkəzi ilə tanış olub. Təqdimat zamanı mərkəzin fəaliyyəti, iş rejiminin təşkili, əhatə etdiyi sahələr, strukturları, əhalinin fövqəladə hadisələr barədə məlumatlandırılması metodları barədə məlumat verilib.
Mərkəz ölkə ərazisində və xaricdə baş verən təbii və texnogen fəlakətlər, genişmiqyaslı qəza və digər fövqəladə halların qarşısının alınması üçün bütün müvafiq qurumların bir mərkəzdən idarə olunmasını təmin edən struktur kimi 2006-cı ildə yaradılıb.
Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Avstriyanın federal daxili işlər naziri, xanım Yohanna Milk-Laytner arasında ikitərəfli görüş keçirilib.
Görüşdə hər iki nazirlik, onların eyni təyinatlı strukturları barədə məlumat verilib, nazirliklər arasında imzalanması nəzərdə tutulan fövqəladə vəziyyət zamanı qarşılıqlı yardım haqqında saziş üzərində işin yekunlaşdırılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər ərazi və əhalicə oxşar xüsusiyyətlərə malik Azərbaycan və Avstriya arasında fövqəladə halların aradan qaldırılması sahəsində səmərəli əməkdaşlıq üçün böyük potensial olduğuna əminlik ifadə ediblər.
Görüşün sonunda nazir K.Heydərov xanım Y. Mikl-Laytneri Azərbaycana rəsmi səfərə dəvət edib.
Azərbaycan nümayəndə heyəti Avstriya Daxili İşlər Nazirliyinin Federal Təhlükəsizlik Akademiyasında da olub, polis və mülki müdafiə mütəxəssislərinin yetişdirildiyi təhsil ocağı ilə yaxından tanış olub.
Görüşdə akademiyanın nəzdindəki fakültə və tədris mərkəzləri, nüvə şüalanması xəbərdarlığı, bioloji və kimyəvi təhlükəli maddələr, mülki müdafiə kurslarının təşkili barədə məlumat verilmiş, gələcəkdə bu təhsil ocağı ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Vyana Peşəkar Yanğından Mühafizə Briqadasında keçirilən görüşdə isə nümayəndə heyətinə Vyana şəhərində yanğından mühafizə xidmətinin təşkili, həmçinin istifadə olunan texniki vasitələr, yanğınsöndürmə maşınları və vasitələri, qurğular və maddi-texniki baza haqqında ətraflı məlumat verilib.
Görüşlərdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov da iştirak edib.

1323