İtaliya parlamentində Xocalı haqqında təqdimat olub
Lent.az-ın yap.org.az saytına istinadən verdiyi məlumata görə, həmin təqdimat parlamentin 40-dək deputatı tərəfindən müdafiə olunub.
Bu barədə məlumat İtaliya parlamentinin deputatı Del Tenno Maurizionun YAP-ın sədr müavini Əli Əhmədova göndərdiyi məktubda öz əksini tapıb. Verilən məlumata görə, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupu rəhbərliyinin apardığı işlər nəticəsində qeyd olunan təqdimatı dəstəkləyən deputatların sayı getdikcə artmaqdadır.
Qeyd edək ki, bu ilin mart ayının 12-14-də Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin “Azad xalq” partiyasının rəhbəri, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə Milan şəhərində görüşü keçirilib. Məhz həmin görüşdə “Azad xalq” partiyasının sədri, partiyasından olan nümayəndələrə İtaliya parlamentində Xocalı faciəsinin tanınması istiqamətində fəaliyyət göstərməyi tapşırıb. Qeyd olunan təqdimat da məhz həmin göstərişin məntiqi davamıdır.

1274