Fransanın dövlət başçısı prezident İlham Əliyevə təşəkkür edib
18 sentyabr 2012 17:21 (UTC +04:00)

Fransanın dövlət başçısı prezident İlham Əliyevə təşəkkür edib

Sentyabrın 18-də Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunan yeni zalların açılış mərasimi keçirilib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa prezidenti Fransua Olland mərasimdə iştirak edib. Dövlət başçısını və xanımını Fransa prezidenti Fransua Olland qarşılayıb.

Tədbirdə çıxış edən Luvr muzeyinin baş direktoru Anri Luerett bildirib ki, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir.

Fransa prezidenti F. Olland çıxış edərək bildirib ki, rəsmi Paris Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasından və bu zəngin kolleksiyanı təqdim etməkdən şərəf hissi duyur. Fransa dövlətinin başçısı bu layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirərək deyib: “Mən xeyirxahlıq nümayiş etdirərək lazımi anda yardımını göstərmiş şəxslərə, xüsusilə də Azərbaycan prezidentinə və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandırlar. Onlar Fransanın dostlarıdırlar. Onlar bu layihəyə çox böyük yardım ediblər. Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcək”.

Diqqətə çatdırılıb ki, yeni zalların açılmasında Fransa ilə yanaşı, Azərbaycan, Küveyt, Oman və Mərakeşin də mühüm rolu olub. Muzeyin İslam incəsənəti bölməsində nümayiş etdirilən eksponatlarla tanışlıqdan sonra xatirə şəkli çəkdirilib. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin həyətində xatirə şəkli çəkdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2200

Oxşar yazılar