Luvr Muzeyində “İslam İncəsənəti” sərgisi açıldı
18 sentyabr 2012 14:21 (UTC +04:00)

Luvr Muzeyində “İslam İncəsənəti” sərgisi açıldı

Fransanın paytaxtı Paris şəhərindəki məşhur Luvr Muzeyində “İslam İncəsənəti” sərgisinin rəsmi açılışı keçirilib. APA-nın xəbərinə görə, açılış mərasimində Fransa prezidenti Fransua Olland, Fransada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

Muzeyin yeni inşa olunmuş və 2 min 800 kvadrat metr sahəyə malik pavilyonunda təşkil edilən sərgidə VII əsrdən XIX əsrə qədər olan dövrə aid 3 min tətbiqi incəsənət nümunəsi, xalça, keramika və zərgərlik məmulatı sərgilənir. Azərbaycan, Mərakeş, Küveyt və Oman hökumətlərinin dəstək verdiyi layihə 10 ilə reallaşıb və 100 milyon dollara yaxın vəsait xərclənib.

Sərgi sentyabrın 22-dən maraqlanan hər kəsə açıq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542

Oxşar yazılar