Diaspor təşkilatlarımız Parisdə Ermənistan səfirliyinin qarşısında aksiya keçirəcək
18 sentyabr 2012 13:29 (UTC +04:00)

Diaspor təşkilatlarımız Parisdə Ermənistan səfirliyinin qarşısında aksiya keçirəcək

Dünya Azərbaycanlı Gənclər Birliyindən Lent.az-a verilən məlumata görə, Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada Fransada və Avropa ölkələrində yaşayan azərbaycanlılar, yerli Türk diaspora dərnəkləri, həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyinin Fransadakı fəal üzvləri iştirak edəcək.


Ermənistan səfirliyinin qarşısında ermənilərin Qarabağ işğalının və orada törətdikləri insanlığa qarşı cinayəti, beynəlxalq terrorizmə dəstəyini əks etdirən plakatlar açılacaq, fransız dilində etiraz şüarları səsləndiriləcək. İcazəli etiraz aksiyasının sonunda bəyanat oxunacaq. Etiraz aksiyasında Dünya Azərbaycanlı Gənclər Birliyinin Fransa nümayəndəsi Fuad Məmmədov, Birliyin fəal üzvləri Rauf Abdullayev, Vazeh Əsgərov, Çingiz Hüseynov, Fərid Əliyev və onlarla birlikdə 150-yə yaxın azərbaycanlı gənc qatılacaq. Aksiyada Fransa – Türk Tələbələri Konqresinin sədri Ramazan Bıyık və Fransada yaşayan , təhsil alan türk gənclər də iştirak edəcəklər. Aksiyanın sonunda oxunacaq olan bəyanatda Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çox davam etməsi, BMT Təhlükəsizlik Şurasının ermənilərin Qarabağı işğal etməsi ilə bağlı 4 qətnaməsi, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatının torpaqların azad olunması ilə bağlı sənədlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam etməsi, ATƏT-in Minsk Qrupunun son 20 ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda regionda sülhün bərqərar olunması təkliflərinin rədd edilməsi məsələsinə toxunulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1097

Oxşar yazılar