Səfirlik önündə keçirilən aksiyada saxlanılanlar sərbəst buraxılıb
Bunu Lent.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib. Onun sözlərinə görə, bu gün ABŞ səfirliyinin binası qarşısında keçirilən aksiyada bir neçə nəfər saxlanılıb və polis bölməsinə gətirilib: “Bu gün bir neçə aksiya iştirakçısı polis tərəfindən saxlanılıb. Onlara bir daha belə hallara yol verməmək barədə xəbərdarlıq olunub və sonra sərbəst buraxılıblar”.
Qeyd edək ki, ABŞ səfirliyi qarşısında keçirilən aksiyada Amerikada çəkilən “Müsəlmanların məsumiyyəti” adlı filmdə Məhəmməd peyğəmbərin təhqir olunmasına etiraz şüarları səsləndirilib, ABŞ-ın Azərbaycandakı səfirliyinin fəaliyyətinin dayandırılması tələb olunub.
Etibar

1079