Müsavat Partiyası Nigar Yaqublu ilə bağlı bəyanat verdi
17 sentyabr 2012 16:52 (UTC +04:00)

Müsavat Partiyası Nigar Yaqublu ilə bağlı bəyanat verdi

Müsavat Partiyası bu gün Sumqayıt Apelyasiya Məhkəməsinin partiya Məclisinin üzvü, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu barədə qərarına etirazla bağlı bəyanat verib.


Müsavat Partiyası Mətbuat və İnformasiya Müavinliyindən Lent.az-a verilən məlumata görə, bəyanatda qeyd olunur ki, Sumqayıt Apelyasiya Məhkəməsi hakim Rasim İskəndərovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi ilə cinayət işi üzrə Abşeron rayon Məhkəməsi tərəfindən Nigar Yaqublu barəsində seçdiyi 2 aylıq həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında verilmiş apelyasiya şikayətini təmin etməyərək ilkin məhkəmə qərarını qüvvədə saxlamaq haqqında qərar qəbul edib.

Müsavat Partiyası hesab edir ki, cəmiyyətin müxtəlif təbəqələrinin, İctimai Palatanın, siyasi partiyaların, ictimai təşkilatların, QHT-lərin, hüquq-müdafiə təşkilatlarının, millət vəkillərinin, ziyalıların, hüquqşünas və vəkillərin, qadınların və gənclərin müxtəlif formalarda ölkə başçısına olan müraciətlərinin nəzərə alınmaması bu işin arxasında siyasi maraqların olmasına şübhələri daha da artırır. Bəyanatda ölkədə siyasi partiyalarla dialoq mühiti yaratmaq təşəbbüskarı kimi çıxış edən hakimiyyət qüvvələrinin bu günlərdə Ramil Səfərovun ekstradisiyası və əfv olunması ətrafında yaranan problemlərin həlli istiqamətində birgə müraciət imzalamaq təşəbbüsünə Müsavat Partiyasının milli maraqlar naminə müsbət cavab verməsi xatırladılır. Müsavat Partiyası bəyan edir ki, Nigar Yaqublunun bu formada həbsi azad düşünən Azərbaycan gəncliyinə və Azərbaycan xanımlarına ögey münasibətinin göstəricisidir. Partiya qısa zamanda Nigar Yaqublu barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini tələb edir: “Nigar Yaqublunun həbsdən azad olunmayacağı halda Müsavat Partiyası özünün müttəfiqləri ilə birlikdə ölkə Konstitusiyasına və qanunlarına uyğun olan bütün metod və vasitələrdən istifadə edərək onun azadlığına nail olmaq üçün mübarizəyə başlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147

Oxşar yazılar