Albaniya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir
Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin Albaniyaya rəsmi səfəri başlayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, MM spikeri səfərin ilk günü O. Əsədov Albaniya prezidenti Buyar Nişani ilə görüşüb. Prezident dost Azərbaycanla əlaqələrin inkişafına Albaniyada böyük önəm verdiklərini bildirib və bu cür səfərləri yüksək qiymətləndirib. Qeyd olunub ki, qarşılıqlı səfərlər əlaqələrimizin daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Parlament diplomatiyası xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin genişlənməsində xüsusi rola malikdir və buna öz töhfəsini verə bilər. Milli Məclisin sədri Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Albaniya dövlətinin başçısına çatdırıb.
O. Əsədov B. Nişanini Albaniya Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib və bildirib ki, onun prezidentliyi dövründə Albaniya daha böyük uğurlara imza atacaq. Görüşdə Azərbaycanın hərtərəfli inkişafı, mühüm beynəlxalq layihələrdəki rolu və digər vacib məqamlar diqqət mərkəzində olub. Azərbaycanın, eləcə də ümumilikdə regionun inkişafına mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti bir daha diqqətə çatdırılıb.
Qeyd edək ki, O. Əsədov albaniyalı həmkarı Jozefina Topalli ilə də görüşüb. Sonra danışıqlar hər iki nümayəndə heyətləri arasında davam etdirilib. Görüşdə parlamentlərarası münasibətlərin inkişafı, təcrübə mübadiləsi, parlament diplomatiyası, dostluq qruplarının fəallığının artırılması, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və digər məsələlər müzakirə olunub.

546