ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirildi
17 sentyabr 2012 15:42 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirildi

Bu gün saat 15:00 radələrində ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında bir qrup dindar, eləcə də Azərbaycan İslam Partiyasının üzvləri aksiya keçirib.

APA-nın xəbərinə görə, aksiyada ABŞ-da çəkilən “Müsəlmanların məsumiyyəti” adlı filmdə Məhəmməd peyğəmbərin təhqir olunmasına etiraz şüarları səsləndirilib, ABŞ-ın Azərbaycandakı səfirliyinin fəaliyyətinin dayandırılması tələb olunub.

Hadisə yerində olan polis əməkdaşları aksiya iştirakçılarının səfirliyə hücum etməsinin qarşısını alıb. Polislə toqquşmada bir neçə dindar saxlanılıb. Hazırda da səfirliyin ətrafında qrup şəklində olan dindarların ərazidən uzaqlaşdırılması üçün polis əməliyyat tədbirlərini davam etdirir. Səfirliyin bütün ətrafı hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb, təhlükəsizlik tədbirləri gücləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656

Oxşar yazılar