Avronest PA-da enerji təhlükəsizliyi müzakirə olunacaq
Avronest Parlament Assambleyası (PA) Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, millət vəkili Fuad Muradov enerji təhlükəsizliyi üzrə ekspertlərin seminarında iştirak etmək üçün 17-19 sentyabr tarixlərində Brüsseldə səfərdə olacaq.
Lent.az-ın verdiyi məlumata görə, “Enerji Təhlükəsizliyi sahəsində Avropa Birliyi - Şərq Tərəfdaşlığı ölkələrinin əməkdaşlığı – uğurlu tədbirlər, maneələr və perspektivlər” adlı seminarda Avropa və Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqla bağlı prinsiplər üzrə fikir mübadiləsi aparılacaq.
Əsas müzakirə ediləcək mövzular Şərq Tərəfdaşlığı çərçivəsində enerji sahəsində əməkdaşlığın icmalı, güclü və zəif tərəfləri, enerji sahəsində əməkdaşlığı dəstəkləmək məqsədilə Avropa Birliyi Qonşuluq siyasəti daxil olmaqla Avropa Birliyinin proqram və metodlarının potensial və perspektivləri, yaxşı nümunələr və maneələr olacaq. Seminarda Avropa Parlamentinin, Şərq Tərəfdaşlığı ölkələrinin milli parlamentlərinin və enerji sahəsində beynəlxalq əməkdaşlığa önəm verən Avronest PA-nın hesabatlarının təqdimatı gözlənilir.
Millət vəkili Fuad Muradov seminar zamanı “Avropa Birliyi - Şərqi Avropa Partnyorlarının enerji sahəsində əməkdaşlığının cari mənzərəsi və gələcək inkişaf üçün potensial” və "Irəliyə yol: Şərq Tərəfdaşlığı çərçivəsində enerji əməkdaşlığı perspektivləri” panellərinə həmsədrlik edəcək. Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun, millət vəkili Fuad Muradovun və Rasim Musabəyov iştirak edəcəyi seminarda Avropa Parlamentinin üzvü və eyni zamanda Avronest PA-nın həmsədri Kristian Vigenin, Avropa Parlamentinin üzvləri Miloslav Ransdorf, Gerben-Jan Gerbrandy, Edit Herczog, Jacek Saryusz-Volski, Qlobal Araşdırmalar Mərkəzinin prezidenti Mykhailo Gonshar, “Eurogas” təşkilatının baş katibi Beate Raable, Avropa Birliyi ölkələrinin milli parlamentlərinin üzvləri və Şərqi Avropa Tərəfdaşları, enerji sahəsində beynəlxalq əməkdaşlıqda maraqlı olan regional və yerli ictimai orqanlar, o cümlədən enerji sektorunda beynəlxalq əməkdaşlıq üzrə mütəxəssislər iştirak edəcəklər.
Qeyd edək ki, Avronest PA-nın bu seminarı Azərbaycan nümayəndə heyəti tərəfindən təklif olunub və qəbul olunmuşdur. Bundan başqa, bu seminar Avronest PA-nın ilk toplantısıdır.

1163