Qarabağ ermənisi turnirə Azərbaycan bayrağı altında çıxdı
Moskvada keçirilən boulinq üzrə Russian Open turnirində maraqlı olay baş verib. Azərbaycanın İdman Boulinqi Federasiyasından anspress.com-a verilən məlumata görə, iştirakçılar arasında Qazaxıstan, Belarus, Ukrayna, İsrail, Böyük Britaniya və ABŞ-la yanaşı, özünü “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşı kimi təqdim edən Aramis Süleymanyan da olub.
Azərbaycan tərəfi bununla bağlı turnirin təşkilatçılarına müraciət edib. Təşkilatçılar isə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf ediblər və məsələdən çıxış yolu kimi bir neçə variant irəli sürüblər.
Nəhayət, Azərbaycanın İdman Boulinqi Federasiyası qərara alıb ki, Aramis Süleymanyan özünü Azərbaycan ərazisinin sakini kimi təqdim edibsə, yarışda bizim idmançımız kimi çıxış etsin. Russian Open turnirinin təşkilatçıları bununla razılaşıblar. Beləliklə, ermənilərin “DQR”i reklam etmək cəhdi iflasla nəticələnib.

7470