Salyanda şəhid türklərin şərəfinə abidə kompleks ucaldıldı -FOTO
Salyanda türk əsgərlərinin şərəfinə ucaldılmış abidə kompleksin açılışı olub.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, Türkiyənin Silahlı Qüvvələrinin hərbi attaşesi, general Gücəl Karaur, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc türk əsgərlərin xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlğını bildirib.
Qeyd edək ki, 1918-ci il mart qırğınları zamanı Salyanda da türk əsgərləri şəhid olub.
Həmin vaxt bolşevik-daşnak birləşmələri respublikanın bir sıra bölgələrində olduğu kimi Salyan qəzasında da dəhşətli faciələr törədiblər.
Mərkəzi Kaspi Diktaturası həmin ilin iyun ayında Kür çayının aşağı hissəsini nəzarətdə saxlamaq üçün təpədən-dırnağadək silahlanmış əsgərlərlə, hərbi sursatlarla dolu “Krasnovodsk”, Yelets”, “İraq”, “Bakinets”, “Salyanets” və “Demosfen” adlı 6 gəmi ilə Bakıdan Salyana yola düşüb. Dörd iri çaplı topu, 14 pulemyotu və 900 nəfər əsgəri qüvvəsi olan düşməni Ramazan paşanın 400 nəfərlik nizami ordusu qarşılayıb və Salyanın Kürqaraqaşlı kəndi istiqamətində düşmənin “Demosfen” gəmisini vuraraq çayda batırıb. Beləliklə, türk əsgərlərinin köməyi ilə erməni-bolşevik birləşmələri geri çəkilməyə məcbur olub.
Qırğın zamanı minlərlə günahsız yerli sakinlə yanaşı, döyüşlərdə Türk generalı və əsgərləri də şəhid olub. Onlardan üçü Salyan şəhər qəbiristanlığında dəfn olunub. İndi həmin general və əsgərlərin qəbirləri köçürülərək məzarları üzərində xatirələrinə abidə-kompleksi ucaldılıb.

Oxşar yazılar

Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə video paylaşdı
26 avqust 2025 , 00:37
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
26 avqust 2025 , 00:10
Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür
26 avqust 2025 , 00:03
Mehriban Əliyevanın doğum günüdür
26 avqust 2025 , 00:00
Ermənistanın hücumları nəticəsində zərər çəkmiş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
25 avqust 2025 , 20:27
Bəxtiyar Paşa Azərbaycandakı vəzifəsindən azad olundu
25 avqust 2025 , 18:26
Donald Tramp: "İlham, Siz böyük lidersiniz"
25 avqust 2025 , 18:22