Maksim Verhagen: “Niderland Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14 sentyabr 2012 18:46 (UTC +04:00)

Maksim Verhagen: “Niderland Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının baş nazirinin müavini və iqtisadi işlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov iki ölkə arasında mövcud münasibətlərdən məmnunluğunu dilə gətirib.

Görüş zamanı Azərbaycan-NATO əməkdaşlığı, ölkəmizin beynəlxalq sülhə verdiyi töhfə, enerji və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ölkəmizdə iqtisadi sahədə aparılan islahatlar haqda danışan Elmar Məmmədyarov Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyini söyləyib, iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın genişlənməsini vacib sayıb. Maksim Verhagen isə deyib ki, iqtisadiyyatın diversifikasiyası iki ölkə arasında əməkdaşlığın inkişafı üçün önəmlidir.

Ermənistan-Azərbaycan münaqişəsi haqda danışan Elmar Məmmədyarov mövcud status-kvonun qəbul edilməz olduğunu, Ermənistanın münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarını uzatdığını qarşı tərəfin diqqətinə çatdırıb. Maksim Verhagen Niderland Krallığının ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar