Prezident Administrasiyasında Hulusi Kılınçla görüş olub
0
0
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dost və qardaş ölkənin səfiri H.Kılıçı səmimi salamlayan R.Mehdiyev diplomatın Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.
Prezident Administrasiyasının rəhbəri dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə Hulusi Kılıçı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ölkəmizdə diplomatik fəaliyyəti dövründə həm Türkiyəyə, həm də Azərbaycana xidmət etdiyini vurğulayan H.Kılıç yüksək dövlət mükafatı - “Dostluq” ordeni ilə təltif olunduğuna görə Azərbaycan prezidenti İlham Əliyevə bir daha minnətdarlığını bildirib. Ölkəmizdəki diplomatik fəaliyyətindən qürur hissi keçirdiyini deyən səfir Azərbaycana olan sevgisini həmişə qəlbində yaşadacağını vurğulayıb.