Mehriban Əliyeva Bakıda texniki peşə məktəbinin açılışında iştirak edib
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak edib. Azərbaycanın birinci xanımı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Mehriban Əliyeva təhsil ocağının əvvəlki görüntüsünün əks olunduğu fotostendə baxıb. Bildirilib ki, məktəb xarici görünüşü və maddi-texniki bazası ilə bərabər profilini də dəyişib, kino, teatr, həmçinin mədəniyyət və incəsənətin digər müvafiq işçi bazasını peşəkar texniklərlə təmin etməyi qarşısına məqsəd qoyub. 5 nömrəli texniki peşə məktəbində kino, video çəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kinotele montajçılar, səs operatorları, teatr, kino və telestudiya dekoratorları, dərzilər, kompüterlərin təmiri və xidməti üzrə texniklər hazırlanacaq.
Burada təhsil iki illikdir. Bu il məktəbə ilk qəbul aparılıb və təhsil alacaq şagirdlərin sayı 160 nəfərdir. Lakin gələcək illərdə onların sayı 320-yə çatacaq. Hazırda 19, gələcəkdə isə 38 nəfər müəllim heyəti şagirdlərə incəsənətin texniki tərəfləri ilə bağlı peşələrin sirlərini öyrədəcəklər.
Məktəbin yeməkxanası ilə tanış olan Mehriban Əliyeva burada yaradılmış şərait və səliqə-sahmandan razılığını bildirib. Azərbaycanın birinci xanımı məktəbdə yaradılan şəraitdən razılığını bildirib, burada tədrisin yüksək səviyyədə aparılmasının vacibliyini qeyd edib.

1910