Azərbaycanda hakimiyyət və müxalifət birgə sənəd imzaladı
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa Parlamentinə müraciət qəbul edib. APA-nın məlumatına görə, müraciətdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə Avropa dəyərlərinə sadiq olduqlarını birmənalı şəkildə ifadə ediblər. Müraciətdə deyilir ki, Avropa Parlamenti Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı dəfələrlə müxtəlif xarakterli qərarlar və qətnamələr qəbul edib:
“Həmin sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem - Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv fikirlər öz əksini tapıb. Lakin bəzi hallarda Avropa Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər maraqları naminə, xüsusilə erməni lobbisinin təsiri altında reallığı təhrif edən sənədlər qəbul edir. Bu cür sənədlər Azərbaycanın ictimai rəyində və siyasi mühitində birmənalı qarşılanmır. Ramil Səfərovun Azərbaycana ekstradisiyası və prezident tərəfindən əfv edilməsi məsələsi ilə bağlı 732 üzvü olan Avropa Parlamentində 76 nəfər deputatın iştirakı ilə və onlardan 58 nəfərinin lehinə səs verməsi ilə qəbul olunan qətnamə qeyri-obyektiv olmaqla Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir”.
Müraciəti YAP sədr müavini Əli Əhmədov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AXCP sədr müavini Razi Nurullayev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov, Müsavat başqanın müavini Gülağa Aslanlı, BAXCP sədri Qüdrət Həsənquliyev AXCP sədrinin müavini Razi Nurullayev imzalayıb. Müraciətə daha bir neçə partiyanın qoşulacağı gözlənilir.
Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ölkədə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnamə ilə bağlı müzakirələr keçirilib.
APA-nın məlumatına görə, tədbirdə YAP sədr müavini Əli Əhmədov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov, Müsavat başqanın müavini Gülağa Aslanlı, BAXCP sədri Qüdrət Həsənquliyev, AXCP sədrinin müavini Razi Nurullayev və digər şəxslər iştirak edib.

2486